İdman naziri Şahin Diniyevə qiymət verdi
18.02.2011 - 10:11
Rusiyanın “Terek” klubunun vitse-prezidenti Haydar Alxanov “Neftçi” və Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevi yada salıb. Apasport.az saytının məlumatına görə, bu gün 60 illik yubileyini qeyd edən Alxanov 90-cı illərin əvvəlində “Neftçi”də işlədiyi dövrü unutmayıb: “Terek” mənim həyatımdır. Özümü biləndən həmişə bu komandaya azarkeşlik etmişəm. “Vaynax”da oynayanda məni bura çağırırdılar. Sonradan 3 il “Terek”də baş məşqçi işlədim. 1992-ci ildə I liqada 5-ci yeri tutduq. Ardından Bakının “Neftçi” klubunda işlədim. Vətənə dönəndən sonra isə Əhməd Kadırov məni Çeçenistanın idman naziri təyin etdi. O, qarşımda ilk vəzifə kimi “Terek”i dirçəldib, stadionu qurmağı qoydu. Biz də indi bu işlə məşğuluq”.
Alxanov Diniyevlə 3 müxtəlif dövrdə “Terek”də birgə olub. Belə ki, həmyerlimiz 90-cı illərin əvvəlində komandada onun rəhbərliyi altında oynayıb. Bundan təxminən 10 il sonra “Terek”in baş məşqçisi olan Diniyev Alxanovdan növbəti dəvəti 2008-ci ilin sonunda alıb. Həmin vaxt Qroznı klubunun əvəzedici heyətinin çalışdırıcısı təyin edilən Diniyev sonrada əsas komandada baş məşqçi və onun köməkçisi işləyib: “Terek”də heç vaxt sevimli futbolçum olmayıb və yoxdur. Ancaq müxtəlif illərdə Şahin Diniyev, Anzor İsmayılov, Timur Cəbrayılov, Vladislav Kulik çox xoşuma gəlib. Onlar sadəcə, yaxşı futbolçular deyildi, həm də çox təmiz, işlərinə sadiq insanlardır”.
Qeyd edək ki, Diniyevin “Terek”in əsas komandasına gedişindən sonra əvəzedici heyətin sükanını təhvil verdiyi İsmayılov vaxtilə “Neftçi”də oynayıb.

0
0