“Neftçi” 586-cı yerdə
18.02.2011 - 11:30
XXI əsrin ən güclü futbol klublarının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 il üçün dünyanın ən güclü 1000 komandasının siyahısını açıqlayıb.
İlk 9 pillədə Avropa klubları qərarlaşıb ki, 2550 xala malik İspaniya “Barselona”sı zirvədə qərarlaşıb. İngiltərə təmsilçiləri “Mançester Yunayted” (2523), “Liverpul” (2414) və “Arsenal” (2410) növbəti 3 pilləni tutub.
İtaliya “İnter”i (2358) 5-ci, Almaniya “Bavariya”sı (2315) 6-cı yerdədir. “Milan” (İtaliya) 2296, “Real” (İspaniya) 2257, “Çelsi” (İngiltərə) 2235, “Boka Xuniors” (Argentina) 2095 klubları da ilk “onluq”da yer alıb.
Siyahıda Azərbaycan təmsilçiləri də var. Belə ki, 5 komandamız “Top-1000”ə daxil olub. Ən yaxşı klubumuz olan “Neftçi” 392 xalla 586-cı yerdədir. “Qarabağ” 366,5 xalla 634-cü, “Bakı” 327 xalla 731-ci, “İnter” 266,5 xalla 915-ci, “Xəzər Lənkəran” 265 xalla 925-ci yerə sahib olub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0