“Altılığ”ın bütün iştirakçıları növbəti turda müəyyənləşə bilər
18.02.2011 - 12:16
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsində sona 1 tur qalmış “altılığ”ın bütün iştirakçıları müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Qarabağ”ın ardınca qalan 2 xoşbəxt komandanın adının artıq növbəti turda dəqiqləşmək ehtimalı var. Bunun üçün müxtəlif nəticələr qeydə alınmalıdır.
AZAL-a hazırda qərarlaşdığı 5-ci yerlə “altılığ”a düşməsini rəsmiləşdirmək üçün “Xəzər Lənkəran”la səfər oyununda 1 xal yetərlidir. Ancaq “təyyarəçilər” uduzsa belə, istəyinə çatacaq. Bunun üçün ən yaxın izləyiciləri olan “Qəbələ” və “Bakı”dan birinin də xal itirməsi yetir. Onda “altılığ”a sonuncu vəsiqənin taleyi axırıncı tura qalacaq.
Ancaq “Qəbələ”nin də artıq bu turda xoşbəxt vəsiqəyə sahib olmaq şansı var. Təbii ki, bunun üçün ilk növbədə səfərdə “Muğan”a qalib gəlmək lazımdır. İkinci şərt isə “Bakı”nın “Turan”la səfər görüşündə uduzmasıdır. “Zolaqlılar” bərabərliyə qalsa da, “Qəbələ”ni keçmək şansını saxlayacaq. Çünki “Qəbələ” son turda evdə “Gəncə”yə uduzsa, “Bakı” səfərdə AZAL-a qalib gəlsə, iddiaçıların xalları bərabərləşəcək.
Məlum olduğu kimi, komandaların xalları bərabər olanda öz aralarındakı oyunlar əsas götürülür. “Bakı” “Qəbələ”yə hər iki dövrədə qalib gəldiyindən, üstünlüyə malikdir.

0
0