AFFA klublara dərs keçdi
18.02.2011 - 12:48
Bu gün AFFA-nın Futbol Akademiyasında klubların mətbuat xidmətləri üçün seminar keçirilib. Apasport.az saytının məlumatına görə, tədbir “UEFA-nın klub yarışlarında və Azərbaycan Futbol “Premyer Liqasında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”a uyğun olaraq təşkil edilib.
Seminarda Premyer Liqa və I Divizionda çıxış edən klubların mətbuat xidməti rəhbərləri iştirak ediblər. Tədbirdə AFFA-nın Lisenziyalaşdırma qrupunun nümayəndələri - rəhbər müavini İlqar Əliyev, kadr və inzibati meyarlar üzrə eksperti Bəhram Dadaşov, UEFA üzrə əlaqələndiricisi Nicat Hüseynov, həmçinin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev və departamentin baş mütəxəssisi Firuz Qarayev iştirak ediblər.
Seminarda mətbuat xidmətlərinin vəzifəsi, fəaliyyət istiqaməti, oyunlardan əvvəl və sonra mətbuat konfranslarının təşkili, klubların saytlarının iş prinsipi barədə ətraflı məlumat verilib. Həmçinin klub nümayəndələrinin sualları cavablandırılıb.
Mənbə: affa.az

0
0