“Xəzər Lənkəran”la oyundan sonra xal itirmək fikrimiz yoxdur”
18.02.2011 - 12:51
“Azərbaycan çempionatında asan oyun yoxdur. Üstəlik, bizim üçün. İlk dövrədə “Turan”la səfər oyununda qalib gələcəyimizi fikirləşdirirdilər. Ancaq sonda 2:2 bərabərlik oldu. Bu mənada əyalətdəki növbəti sınağımıza ciddi hazırlaşmışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Premyer Liqanın lideri olan paytaxt təmsilçisi növbəti turda fevralın 20-də Zaqatalada “Simurq”un qonağı olacaq. “Neftçi” ilk dövrədə rəqibinə böyük hesabla qalib gəlsə (4:0) də, gənc çalışdırıcısı səfər görüşünü asan saymır: “Qalan 2 oyunda maksimum xal yığıb, “altılığ”a lider kimi çıxmaq istəyirik. Ötən tur evdə “Xəzər Lənkəran”la qolsuz bərabərlikdən sonra xal itirmək fikrimiz yoxdur. Həm “Simurq”, həm də MOİK-lə görüşdə 3 xal qazanıb, çempionluq uğrunda mübarizəmizi davam etdirmək əzmindəyik. Biz rəqiblərin problemləri yox, öz oyunumuz, nəticəmiz haqda düşünürük. Artıq Zaqataladayıq son hazırlıqlarımızı burada keçirəcəyik. “Simurq”la süni örtükdə oynayacağımızı nəzərə alsaq, hələ Bakıda belə qazonda məşq etdik”.
Premyer Liqada yerini qorumağa çalışan “Simurq” qış fasiləsində heyətini bir sıra təcrübəli futbolçularla gücləndirdi. Ancaq onlar arasında icarəyə verilən “Neftçi”nin hücumçusu Fərid Quliyev 2 klub arasında razılığa görə bazar günü oynamayacaq. Bu amilə xüsusi diqqət yetirməyən Əsədov təcrübəli makedoniyalı həmkarı Qyoko Hacıyevskinin əməyini qiymətləndirir: “Onun “Simirq”da məşqçi işi görünür. Komanda gənc futbolçulardan təşkil olunanda da oyunun mənzərəsi vardı və bunda baş məşqçinin əməyi var. “Simurq”un ötən tur “İnter”lə səfər oyununu izlədim. Komanda 0:2 hesabı ilə uduzsa da, pis təsir bağışlamadı və real qol imkanları oldu. Fəridə gəlincə, biz onun başqa klubda oyun praktikası qazanmasına icazə verdik. Sadəcə, 2 klub arasında müqavilədəki razılığa görə bizə qarşı oynamayacaq. Ancaq mən belə şeylərə fikir vermirəm. Fərid oynamasa belə, “Simurq”da onu əvəz edə biləcək futbolçular, hücumçular var. Buna misal kimi, son vaxtlar komanda üçün vacib qollara imza atan Samir Əliyevi göstərmək olar. “Simurq”un “İnter”dən icarəyə götürdüyü Tofiq Mikayılovla Mario Souza də belə razılaşmaya görə ötən tur bu komandaların görüşündə iştirak etmədi. İndi onlar bizə qarşı oynayacaq və “Simurq”un təcrübəli futbolçularla gücləndiyini demək olar”.
Mehman SÜLEYMANOV

0
0