Sonuncudan əvvəlki
18.02.2011 - 13:00
Sabah Azərbaycan Premyer Liqasında XXI turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ötən tur bütün görüşlər paytaxtda keçirilmişdisə, bu dəfə matçların yarıdan çoxu əyalətdə olacaq.
Əslində, təqvimə görə yalnız MOİK – “İnter” qarşılaşması Bakıda olmalı idi. Ancaq Salyan stadionunun meydançasında yenidənqurma işləri getdiyindən, “Muğan” rəqiblərini bir müddət paytaxtda qəbul edəcək. Bu isə deməkdir ki, Bakıdakı hər iki görüş “Şəfa” stadionunda keçiriləcək. Bu arena da MOİK-in deyil və “hərbçilər” sadəcə, ev oyununu “İnter”in meydançasında keçirəcək.
Liderlərdən bu tur ən asan sınağın elə “İnter”in olacağını desək, yanılmarıq. Son çempion və “Birlik kuboku”nun qalibi öz meydanında axırıncı pillədə gedən komandaya qalib gəlməkdə çətinlik çəkməməlidir. Düzdür, ilk dövrədə bunun əksi olmuş və “İnter” yalnız son dəqiqələrdə braziliyalı futbolçusu Mario Souzanın vurduğu qolla qələbəni qoparmışdı. İndi Souza lider yox, MOİK kimi autsayder “Simurq”da oynayır və sabah yeni komandasında debüt edəcək.
“Neftçi”nin də növbəti qələbəsini qazanmaq şansı böyükdür. Düzdür, “Simurq” evdə yaxşı təsir bağışlayır və iddialıların Zaqatalada xal itirməsi qeydə alınıb. Qalib gələnlər isə buna çətinliklə nail olub. İstənilən halda, “Neftçi”nin ilk mərhələnin son 2 oyununu autsayderlər – “Simurq” və MOİK-lə görüşəcəyini nəzərə alsaq, “altılığ”a vahid lider kimi yollanmaq şansı çoxdur.
Bakılıların ən yaxın izləyicisi “Xəzər Lənkəran” evdə oynasa da, çətin sınaq qarşısındadır. Son 5 matçda qələbə üzünə həsrət qalan AZAL bununla da “altılığ”a düşmək işini çətinə salıb. Düzdür, “təyyarəçilər” Lənkəranda 1 xal qazansa, bu, “altılığ”a düşməsi üçün yetərli olacaq.
“Qarabağ” 5 illik fasilədən sonra Gəncəyə yollanır. “Gəncə” 2005/06 mövsümündən sonra güclülər dəstəsində çıxışını dayandırdığından, ağdamlılar ilk dəfə Qurban Qurbanovun rəhbərliyi altında Nizami yurdunda meydana çıxacaq. Hələ dekabrda çempionatda uğurlu çıxışına başlayan “Qarabağ” ardıcıl 5 oyundur qalib gəlir. Bununla da turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıran, “altılığ”a düşməsini rəsmiləşdirən komanda uğurlu seriyasını davam etdirməyə çalışacaq. Ancaq onu da nəzərə alaq ki, evdə az uduzan “Gəncə” “altılıq”dan kənarda qalsa da, ötən tur AZAL-ı büdrətməklə (0:0), güzəştə getmək fikrində olmadığını göstərdi.
6-cı pillə uğrunda gərgin mübarizə aparan “Qəbələ” ilə “Bakı” səfər oyunlarına çıxacaq. Qəbələlilər ötən tur “Bakı”dan 2 vacib xal alan “Muğan”ın qonağı olacaq. İndi “zolaqlılar” Salyan təmsilçisinin növbəti xal qazanmasını gözləyəcək ki, bu onun işinə yarayacaq. Ancaq bunun üçün çətin Tovuz səfərindən mütləq qalib ayrılmaq lazımdır. Türkiyəli Naci Şensoy 6 illik fasilədən sonra “Turan”ın baş məşqçi postunda tovuzlu azarkeşlər qarşısında ilk oyuna çıxacaq.
19 fevral
14:00. "Turan" - "Bakı"
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Elman Musayev, Əliyar Ağayev
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:3
15:00. "Simurq" - "Neftçi"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aydın Ələkbərov, Teymur Fərhadov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:4
16:00. MOİK - "İnter"
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:1
20 fevral
13:00. "Gəncə" - "Qarabağ"
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Vaqif Musayev, Hacıəli Ağayev
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:3
15:00. "Muğan" - "Qəbələ"
Hakimlər: Əfqan Həmzəyev, Yaşar Abbasov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:2
17:30. "Xəzər Lənkəran" - AZAL
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Eldar Nağıbəyov, Elvin Əsgərov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:0
Turnir cədvəli
Bombardir: Bahodir Nasimov ( Neftçi ) - 15

1 | Neftçi | 20 | 12 | 6 | 2 | 36-9 | 42 |
2 | Xəzər Lənkəran | 20 | 12 | 5 | 3 | 23-10 | 41 |
3 | İnter | 20 | 11 | 4 | 5 | 19-13 | 37 |
4 | Qarabağ | 20 | 11 | 3 | 6 | 24-13 | 36 |
5 | AZAL | 20 | 9 | 8 | 3 | 26-14 | 35 |
6 | Qəbələ | 20 | 8 | 6 | 6 | 19-13 | 30 |
7 | Bakı | 20 | 8 | 5 | 7 | 27-21 | 29 |
8 | Gəncə | 20 | 5 | 8 | 7 | 23-26 | 23 |
9 | Muğan | 20 | 5 | 6 | 9 | 12-23 | 21 |
10 | Turan | 20 | 3 | 6 | 11 | 16-29 | 15 |
11 | Simurq | 20 | 2 | 6 | 12 | 12-30 | 12 |
12 | MOİK | 20 | 1 | 3 | 16 | 6-42 | 6 |

0
0