“Everton” rəsmisi: Araz Abdullayevlə bağlı şərh vermirik
18.02.2011 - 14:08
“Everton” rəsmisi: Araz Abdullayevlə bağlı şərh vermirik
İngiltərənin “Everton” klubu düşərgəsində məşq edən azərbaycanlı futbolçu Araz Abdullayevlə bağlı şərh verməyə tələsmir. Bu haqda məlumatı apasport.az saytına Liverpul təmsilçisinin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Darren Qriffits verib.

O bildirib ki, həmyerlimiz haqda danışmaq hələ tezdir: “Təəssüf ki, komandamız Abdullayevlə bağlı heç bir şərh vermir. Bu, hal-hazırda mümkün deyil. Yaxın zamanda Arazla bağlı hər hansı məlumat ola bilər. Bunu klubumuzun rəsmi internet saytında yerləşdirəcəyik. Bu səbəbdən diqqətiniz saytımızda olsun”.