Ramiz Məmmədov məğlubiyyətdən qaçdı
18.02.2011 - 14:49
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan həmyerlimizin yetirmələri 7-ci yoxlama matçında qüvvəsini sınayıblar.
“Atırau” bu dəfə Latviya təmsilçisi “Dauqava” ilə görüşüb. Bu qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Latviyalılar 1-ci hissədə hesabı açsa da, ukraynalı legioner Taras Danilyukun cərimə zərbəsindən vurduğu qol “Atırau”nu məğlubiyyətdən qurtarıb.
Qeyd edək ki, Məmmədovun yetirmələri toplanışı fevralın 20-da başa vuracaq.

0
0