Rauf Mehdiyev: Onlardan təhlükə gözləməyə dəyər
19.02.2011 - 00:03
“Çətin oyun olacaq. Mütləq 3 xal qazanmalıyıq. Yoxsa liderliyi itirə bilərik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin qapıçısı Rauf Mehdiyev deyib.
Fasilədən sonra “Xəzər Lənkəran”la qolsuz heç-heçə edən paytaxt təmsilçisi bu gün “Simurq”un qonağı olacaq. “İnter”lə “Simurq” arasında olan xoş münasibətləri nəzərə alsaq, əyalət təmsilçisinin “bankilər”ə görə “Neftçi”yə müqavimət göstərməsi futbolçuları qorxuzmur: “Stimullaşdırmanın bizə dəxli yoxdur. Vacib olan öz oyunumuzu ortaya qoymaqdır. Kim-kimin üçün oynayır, maraqlanmırıq. “Simurq” autsayderlər sırasında yer alsa da, zəif rəqib deyil. “İnter”lə oyunlarını izləmişik. Qol vurmaq üçün imkanları olsa da, istifadə edə bilməyiblər. Ancaq biz də çempionluq uğrunda mübarizə aparırıq. Buna görə də, qələbə qazanmalıyıq”.
Rəqibin heyətində kifayət qədər təcrübəli futbolçunun yer aldığını da qeyd edən Mehdiyev onların təhlükəli olacağını bildirib: “Fasilədə heyətlərini gücləndiriblər. Təcrübəli futbolçuları çoxdur. Samir Əliyev, Emin Quliyev yığmanın sabiq oyunçularıdırlar. Onlardan təhlükə gözləməyə dəyər”.

0
0