Azərbaycan çempionlarından xeyirxah addım
18.02.2011 - 18:22
Azərbaycan çempionlarından xeyirxah addım
Son Azərbaycan çempionu olan “İnter” klubunun məşqçi heyəti və futbolçuları xeyriyyə addımı atıblar. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionunun kapitanı Vladimir Levin və Şəhriyar Rəhimov təcili cərrahiyyə əməliyyatına ehtiyacı olan 14 yaşlı Əmrah Əliyevin yaşadığı evə baş çəkiblər.

Onlar komandanın topladığı maliyyə vəsaitini yeniyetmənin ailəsinə təqdim ediblər. “İnter”in futbolçuları baş məşqçi Kaxaber Sxadadzenin və bütün kollektivin ürək sözlərini Əmraha çatdırmaqla yanaşı, ona tezliklə sağalmağı arzulayıblar.

Mənbə: inter.az