“İnter” 4, “Qəbələ” 3, “Neftçi” və “Qarabağ” 2
21.02.2011 - 12:29
“İnter” 4, “Qəbələ” 3, “Neftçi” və “Qarabağ” 2
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov Türkiyəyə yollanacaq heyətə 22 futbolçu daxil edib. Komandamız fevralın 27-dən martın 6-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

U-17 martın 7-dən 12-dək İzmir şəhərində təşkil olunacaq beynəlxalq turnirə də qatılacaq. Həsənov yığmaya “İnter”dən 4, “Qəbələ”dən 3, “Neftçi” ilə “Qarabağ”dan 2 oyunçunu çağırıb. Bunlar Emil Həşimov, Ramin Şirinov (hər ikisi “Qarabağ”), Fuad İslamzadə, Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev (hamısı “İnter”), Eyyub Əliyev, Kənan Manafov (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), İsmayıl İsmayılov (“Lokomotiv”, Moskva, Rusiya), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Orxan Əliyev (“Elektroavtomatika”, Stavropol, Rusiya), Ruslan Nəsirli (“Maşuk” KMV, Pyatiqorsk, Rusiya), Rüstəm Əsgərov (“Tekstilşik”, İvanovo, Rusiya), Polad Mirzəzadə (“Bakı”), Nurlan Şiriyev (“Rostov”, Rostov, Rusiya), David Qarayev (“İnter”, Moskva, Rusiya), Ruslan Abdullayev (“Torpedo”, Moskva, Rusiya), Ələkbər Bayramov (“Sokol”, Saratov, Rusiya) və Elmin Həsənovdur (“Zenit”, Sankt-Peterburq, Rusiya).
0