“Sevilya”ya “yox” dedi, Mahir Şükürovun yanına gəldi
22.02.2011 - 09:40
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubu daha bir braziliyalı futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi heyətini son transferi Roberto Karlosla Braziliyanın “Korintians” klubunda birgə oynayan Jusile ilə gücləndirib.
“Korintians”ın prezidenti Andres Sançes hesab edir ki, transfer 99 faiz reallaşıb. Braziliyalı həmkarlarımız 22 yaşlı dayaq yarımmüdafiəçisinin keçidini artıq bitmiş sayır. Transferin “Anji”yə 10 milyon avro başa gəldiyi bildirilir. Jusileni Rusiyanın “Rubin”, Ukraynanın “Dinamo”, Fransanın PSJ və “Lill”, İtaliyanın “Fiorentina”, İspaniyanın “Sevilya” klubları heyətində görmək istəsə də, o, Şükürovun komandasını üstün tutub.

0
0