Belçika – Azərbaycan oyununun biletləri satışa çıxarıldı
25.02.2011 - 15:17
Martın 29-da 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, Brüsseldəki görüşü izləmək istəyənlər www.footbel.com internet saytı vasitəsilə bilet sifariş edə bilərlər. 1 nəfər maksimum 50 bilet ala bilər.
Millimizlə oyuna ən bahalı bilet 40 avro müəyyənləşdirilib. Belə ki, matçı mərkəzi tribunalardan izləmək istəyənlər bu məbləğdən keçməlidirlər. Digər yerlərin qiyməti 30 avrodur. Qapıların arxasındakı tribunalardakı yerlər isə nisbətən ucuz - 20 avrodur.
Qeyd edək ki, Belçika Futbol Federasiyası millimizin azarkeşləri üçün qapı arxasındakı tribunanı ayırıb. Azərbaycanlı və ölkə xaricində yaşayan həmyerlilərimiz üçün biletlərin qiyməti 15 avro olaraq açıqlanıb.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0