Nazim Süleymanov: Çatışmazlıqlarımız var
25.02.2011 - 19:09
Nazim Süleymanov: Çatışmazlıqlarımız var
“Çox gərgin oyunun şahidi olduq. Futbolçular meydanda sonadək mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

O, Azərbaycan Premyer Liqasının XXII turunun “Bakı” ilə oyunundan sonra komandasındakı çatışmazlıqlardan gileylənib: “İlk altılıq”da yerimizi təmin etməyimizə baxmayaraq, bu oyunda qələbə qazanmaq istəyirdik. Hücum xəttində çatışmazlıqlarımız var, bunu tezliklə aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, AZAL – “Bakı” oyununda qapılara qol vurulmayıb.

Mənbə: pfl.az