İspaniyalı məşqçi milli komandamıza qiymət verdi
26.02.2011 - 15:54
“Azərbaycan yığma komandası haqda geniş danışmaq istəmirəm. Hansı yığmanın güclü olduğunu bazar günü keçiriləcək oyundan sonra deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə İspaniya yığma komandasının baş məşqçisi Xose Venansio Lopez deyib.
Avropa çempionatının əsas seçmə mərhələsinin arxada qalan hər iki oyununda qələbə qazanan İspaniya yığması topların fərqinə görə turnir cədvəlinə başçılıq edir. Bakıdakı yarışda 9 qol vuran ispanlar hələ ki öz qapılarını toxunulmaz saxlayıblar. Ancaq final mərhələsinə hansı komandanın lider kimi yollanacağına sabah millimizlə keçiriləcək oyunda aydınlıq gətiriləcək. Çünki yığmamız da 2 oyundan 6 xal toplayıb. Buna görə də rəqib baş məşqçi oyun haqda bir qədər ehtiyatlı danışdı: “Yığmanızı ötən il Avropa çempionatının finalında gördüm. Həmin komandadır. Müdafiədə diqqətli oynayır, hücuma yaxşı çıxırlar. Bir qədər anlaşma baxımından problemləri var. Bununla belə yığmanız Avropanın ən güclülərindəndir. Get-gedə daha da yaxşı oynayacaqlarını düşünürəm”.
Sabah meydana ancaq qələbə qazanmaq üçün çıxacaqlarını deyən ispan mütəxəssis yetirmələrinə inandığını bildirib: “Ancaq qələbə haqda düşünürük. Hər iki komanda eyni səviyyəlidir. Maraqlı oyun olacağını deyə bilərəm. Yığmanızın heyətində Andrey Tveryankin, Serjao, Biro Jade, Felipe, Rizvan Fərzəliyev əla çıxış edirlər”.

0
0