Millimiz Avropanın ən intizamlı komandalarındadır 
                    
                    26.02.2011 - 17:55
                        
                        Azərbaycanın futzal yığması Avropa çempionatının (AÇ) əsas seçmə mərhələsində fərqlənib. Apasport.az saytının məlumatına görə, braziliyalı Joze Alesio Da Silvanın çalışdırdığı millimiz Bakıda keçirilən oyunlarda öz nizam-intizamlılığı ilə seçilir. Təsadüfi deyil ki, futzalçılarımız qrupdakı ilk 2 oyundan sonra nəinki qırmızı, heç sarı vərəqə də almayıblar. Bununla yığmamız qitədə belə göstəriciyə malik azsaylı komandalardandır. 
Futzalçılarımız arasında ən çox qayda pozuntusu edən Vitali Borisovdur. Ancaq o, buna cəmi 3 dəfə imza atıb. Həmin siyahıda ən çox edənlərin 12 dəfə qayda pozduğunu nəzərə alsaq, Borisovun göstəricisi çox aşağıdır.
Qeyd edək ki, yığmamız 2 oyundan sonra 6 xalla AÇ-nin final mərhələsinə vəsiqəni artıq özünə təmin edib.

                                0
                                
                                0