Toni Adams: "Qalatasaray"la oyunda da eyni hal yaşanmışdı
27.02.2011 - 17:39
Toni Adams: "Qalatasaray"la oyunda da eyni hal yaşanmışdı
"Rəqib komandanın oyunçusu meydandan qovulduqdan sonra oynamaq çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis Premyer Liqanın XXII turunun “Gəncə” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Ötən tur da belə də oldu. Futbolçu olduğum vaxtda "Qalatasaray"la oyunda da eyni hal yaşanmışdı. Komandamdan göstərdiyi oyuna görə razıyam. Bugünkü oyunda qol buraxmadığımız üçün şadam".

Mənbə: pfl.az