“Neftçi” yenilik etdi
28.02.2011 - 17:04
Azərbaycanda yeni futbol komandası yaradılıb. Apasport.az saytının məlumatına görə, bundan sonra Bakının “Neftçi” klubunun B komandası da fəaliyyət göstərəcək.
Bu yenilik klubun müxtəlif yaş qrupları üzrə komandalarında məşq edən 450-dən çox uşaq və yeniyetmə arasında ən perspektivlilərinin üzə çıxarılması məqsədi daşıyır.
Klub rəhbərliyinin qərarı ilə 1992-96-cı il təvəllüdlü perspektivli futbolçular B komandasının məşqlərində iştirak edəcəklər. Daim perspektivli yerli futbolçulara qayğı göstərən klub rəhbərliyi B komandasını yaratmaqla, istedadlı yerli futbolçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür.
B komandasına cəlb olunacaq futbolçular, Nazim Əliyev və fiziki hazırlıq üzrə məşqçi Mehmet Akın rəhbərliyi altında keçiriləcək məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Lakin bu gənclər B komandası ilə yanaşı oyunlar zamanı komandalarının düşərgələrinə qatılacaqlar.
Qeyd edək ki, hər həftə baş tutacaq B komandasının məşqlərində 30-a yaxın istedadlı gənc futbolçu iştirak edəcək.

0
0