Azərbaycan yığmasının potensial rəqibləri açıqlandı
28.02.2011 - 17:36
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu il sentyabrın 9-da atılacaq püşk zamanı komandalar 3 səbətə bölünəcək.
Artıq indidən bu səbətlərin tərkibi açıqlanıb. Joze Alesio da Silvanın yetirmələri Avro-2012-nin 12 iştirakçısı arasında 3-cü – sonuncu səbətdə qərarlaşıb.
I səbət: Xorvatiya, İspaniya, İtaliya, Portuqaliya
II səbət: Rusiya, Çexiya, Ukrayna, Serbiya
III səbət: Azərbaycan, Rumıniya, Sloveniya, Türkiyə
Qeyd edək ki, Xorvatiya yığması yarışın təşkilatçısı olduğu üçün I səbətdə yer alıb. Bu isə o deməkdir ki, Avro-2010-da olduğu kimi, yığmamız üçün ən ideal rəqib meydan sahibləridir. II səbətdən isə Serbiya ilə görüşmək daha arzulanandır. Bir sözlə, keçmiş yuqoslaviyalılarla oynamaq millimizi nəinki 1/4 finala daşıyar, hətta qrup birincisi olmağa imkan verə bilər.

0
0