Azərbaycanda №1: “Xəzər Lənkəran”!
01.03.2011 - 00:03
Azərbaycanda №1: “Xəzər Lənkəran”!
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin oyunlarını 301 min 840 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, baş tutan 132 qarşılaşmanın hər birinə orta hesabla 2287 seyrçi baxıb.

Komandaların ev oyunlarındakı göstəricilərinə gəlincə, mütləq rekord “Xəzər Lənkəran”a məxsusdur. 11 matçda topladığı azarkeşlərin sayında 6 rəqəmli göstəriciyə çatması üçün cəmi 1000 azarkeş çatmayıb.

Cənublular kimi “Gəncə” də çox sevilməsi ilə öyünə bilər. Digər komandalara gəlincə, onların tamaşaçılarının sayı kifayət qədər azdır. Məsələn, siyahıda 3-cü olan “Neftçi” “Xəzər Lənkəran”dan az qala 4, “Gəncə”dən isə təxminən 3 dəfə geri qalır. Tamaşaçı sayında lider “Xəzər Lənkəran”la autsayder MOİK arasında isə uçurum var. Bu rəqəm təxminən 17 qat fərqlə ölçülür.

KLUB

TAMAŞAÇI

OYUN

ORTA

Xəzər Lənkəran

99000

11

9000

Gəncə

72700

11

6609

Neftçi

25800

11

2345

Turan

25700

11

2336

Qəbələ

18600

11

1691

İnter

13855

11

1260

Qarabağ

10900

11

991

AZAL

8400

11

764

Muğan

8100

11

736

Bakı

7000

11

636

Simurq

6105

11

555

MOİK

5680

11

516

CƏMİ

301840

132

2287