“Bizim klubda 1500 dollardan artıq məvacib alan futbolçu yoxdur”
02.03.2011 - 00:02
“Elə fikirləşirsiniz ki, futbolçular komandamıza böyük pullar üçün gəlir? Yox, bu, heç də belə deyil. Klubun maddi durumu buna imkan vermədiyindən, güclü futbolçular ala bilmədik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
2006-cı ildən güclülər dəstəsində oynayan “Simurq” tarixinin ən zəif mövsümünü keçirir. 2009-cu ildə bürünc medal qazanaraq, Avroliqada ölkəmizi təmsil edən komanda indi I diviziona düşməmək üçün əlindən gələni edir.
Zaqatala klubu qış fasiləsində bir sıra təcrübəli futbolçuları heyətinə qatsa da, Hacıyevski onların pula gəlmədiyini bildirib: “Komandamızda 1000-1500 dollardan artıq aylıq məvacib alan yoxdur. Lazımdırsa, bunu araşdırıb, şahidi ola bilərsiniz. Qış fasiləsində Emin Quliyev, Samir Musayev, Mario Souza kimi təcrübəli futbolçuları heyətimizə qatdıq. Bunu ilk növbədə onların təcrübəsinə güvənərək, etdik. Çünki əsasən gənc futbolçulardan qurulan komandamız var. Premyer Liqada qalmağımız üçün təcrübəli futbolçulara ehtiyac var. Ancaq həmin futbolçular son vaxtlar oynamadıqlarından, hazır deyillər. Onlara formaya düşmələri üçün vaxt lazımdır. Bu mənada çempionatımızda yaranan 2 həftəyə yaxın fasilə yerinə düşdü. Bu müddətdə Bakıda məşqlərimizi intensivləşdirərək, hazırlığı artırmağa çalışacağıq. 2-3 yoxlama oyunu keçirməyi də planlaşdırmışıq”.
Makedoniyalı çalışdırıcı qış fasiləsində heyəti komplektləşdirməyin çətinliyindən danışıb: “Bu müddətdə yaxşı sərbəst futbolçu azdır. Gətirdiyimiz təcrübəli futbolçular isə ilk növbədə pulu yox, oynayıb, formalarını bərpa etməyi, komandaya çətin vaxtda kömək etməyi düşünməlidir. Rəhbərliyimiz da yaxşı hazırlıq üçün hər cür şərait yaradacağını deyib. Komandada mövsümün əvvəli ilə müqayisədə artım var. Gənc futbolçularımız indi daha yaxşı oynayırlar. Sadəcə, bəxtsizlik də öz sözünü deyir”.
Hacıyevski Emin Quliyevin nizam-intizamla bağlı problemi olmadığını söyləyib: “Fikrimcə, belə problem olmayacaq. Emin məşqlərə ciddi yanaşır. “Muğan”la görüşdə yaxşı təsir bağışladı. Rəqib qələbə topunu Emin zədələndiyi zamanı vurdu”.

0
0