Yığmamız Danimarka klubuna uduzdu
02.03.2011 - 10:19
Yığmamız Danimarka klubuna uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Təbriz Həsənovun yetirmələri Danimarkanın HFK “Haderslev” klubu ilə qarşılaşıb. Lakin rəqib şimallıların U-17 deyil, U-19 komandası olub. Qarşılaşma 2:0 hesabı ilə Danimarka təmsilçisinin xeyrinə başa çatıb.