Mahir Şükürovun forması əlindən alınıb, heyətdən kənarlaşdırıldı
02.03.2011 - 10:30
Mahir Şükürovun forması əlindən alınıb, heyətdən kənarlaşdırıldı
Azərbaycan millisinin futbolçusu Mahir Şükürov şərəfini qoruduğu Rusiyanın “Anji” klubunda növbəti problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Mahaçqala təmsilçisinin Rusiya kubokunun 1/8 final mərhələsində “Zenit”lə ev oyununda iştirak etməyib.

Mahir ehtiyat oyunçular skamyasında belə yer almayıb. Onun “Anji”nin Türkiyədəki son hazırlıq mərhələsində iştirak etmədiyini, həmin vaxt gənclər komandası ilə Türkmənistanda beynəlxalq turnirdə oynadığını nəzərə alsaq, heyətdə yerini itirir.

Yeri gəlmişkən, “Anji” məşhur braziliyalı futbolçu Roberto Karlosun debüt etdiyi ilin ilk rəsmi oyununda 2:3 hesabı ilə uduzub.

Digər məqam isə Mahirin daşıdığı nömrə ilə bağlıdır. Məlum olduğu kimi, o, millimizlə yanaşı, “Anji”də 4 nömrəli formanı geyirdi. Ancaq indi klubun rəsmi saytında Şükürovun 40 nömrəli futbolçu kimi göstərilib. Mahaçqala klubunda 4 nömrəli formanın yeni sahibi isə hələ göstərilməyib.