“Qarabağ” zəiflədi
02.03.2011 - 10:56
Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 1 ilin ən güclü 402 komandasını müəyyənləşdirib.
Siyahıya hesabında 304 xalı olan İtaliyanın “İnter” klubu başçılıq edir. İspaniya təmsilçiləri “Barselona”nın 301, “Real”ın 261 xalı var.
Cədvəldəki yeganə təmsilçimiz “Qarabağ” ötən ay qərarlaşdığı 241-ci pilləni əldən verib. Ağdam təmsilçisi 80 xalla 4 pillə geriləyərək, 245-ci yerə düşüblər. “Qarabağ”ı arxada qoyan komandalar siyahısında “Fiorentina” (İtaliya), “Nitsa” (Fransa), “Zamalek” (Misir), “Hannover”, “Nürnberq” (Almaniya), “Bolton” (İngiltərə) kimi klublar var.
Əvəzində 1 ay əvvəlki ilə müqayisədə geriləyən İngiltərə klubları “Stok Siti” və “Sanderlend” “Qarabağ” kimi 80 xalla 245-ci yerə şərikdir.

0
0