Sensasiya baş vermədi - YENİLƏNİB
02.03.2011 - 17:51
Sensasiya baş vermədi - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionundakı görüşdə gözlənilən nəticə qeydə alınıb.

AZAL Premyer Liqada olduğu kimi, kubokda da “Turan”a qalib gəlib. “Təyyarəçilər” fasiləyə az qalmış 4 dəqiqədə vurduğu 2 qolla oyunun taleyini həll edərək, yarımfinala çıxmaq şansını artırıb. İndi bu cütün qalibinə martın 9-da Tovuzdakı cavab oyununda aydınlıq gələcək.

AZAL - "Turan" - 2:0
QOLLAR: Qvidas Yuşka, 41; Nuqzar Kvirtiya, 44
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Munis Abdullayev, Rauf Cabbarov
Bakı. "Şəfa" stadionu

Qeyd edək ki, qalan 1/4 final oyunları – “Abşeron” – “İnter”, “Qəbələ” – “Bakı” və “Neftçi” – “Xəzər Lənkəran” görüşləri sabah keçiriləcək.