“Neftçilər” argentinalı ilə gücləndi
02.03.2011 - 11:09
Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası argentinalı Leon Xavyer İqnasio ilə güclənib.
Çilinin “Kobresal” klubundan gələn 29 yaşlı müdafiəçi Qazaxıstan çempionatları tarixinə ilk argentinalı kimi düşəcək. Onu komandada saxlamağa qərar verən “neftçilər” braziliyalı Souza da Kosta Conatas Rikardonu da sınayır. Bu futbolçu komandanın düşərgəsində olsa da, haqqında qərar verilməyib. Qazaxıstan gənclər yığmasının sabiq üzvü Sergey Şaaf da böyük ehtimalla “Atırau”da oynayacaq. O, artıq Karaqanda “Şaxtyor”undan ayrılıb.

0
0