Mirça Rednik Bakıda məğlubedilməzdir
02.03.2011 - 12:09
Mirça Rednik Bakıda məğlubedilməzdir
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik üçün matçın baş tutacağı Bakı uğurlu şəhərdir. Apasport.az saytının məlumatına görə, karyerasında ümumilikdə 8-ci, rəqib qismində isə 7-ci dəfə paytaxta gələcək rumıniyalı mütəxəssis Bakıda məğlubedilməzdir. O, bu şəhərdəki yeganə ev oyununda da qalib gəlib.

Cari mövsüm Premyer Liqanın 7 görüşünü paytaxtda keçirən Rednikin yetirmələri bu qarşılaşmalarda cəmi 2 heç-heçə edib, qalanlarında isə qalib gəlib. Rumıniyalı “Xəzər Lənkəran”ın qarşısında yalnız “Neftçi” və “Bakı” tab gətirə bilib ki, onlar da 1 xalla kifayətlənib.

Mütəxəssis 3 dəfə “Şəfa”, 3 dəfə isə Tofiq Bəhramov adına Respublika stadionunu, 1 dəfə də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu zəfərlə tərk edib. Çünki “Neftçi” və “Bakı” ilə səfərdəki 1 xal itirilən 2 xal kimi yox, məhz qazanılan kimi qiymətləndirilir.

tur

tarix

oyun

hesab

Stadion

4

29.08.2010

AZAL – Xəzər Lənkəran

0:1

Şəfa

5

12.09.2010

Xəzər Lənkəran - MOİK

3:0

Suraxanı

11

30.10.2010

Qarabağ - Xəzər Lənkəran

0:1

Respublika

15

27.11.2010

Bakı - Xəzər Lənkəran

1:1

Respublika

18

18/12/2010

MOİK - Xəzər Lənkəran

0:2

Şəfa

20

13/02/2011

Neftçi - Xəzər Lənkəran

0:0

Respublika

22

27/02/2011

İnter - Xəzər Lənkəran

1:3

Şəfa