“Valeri Qazzayev Rəşad Sadıqovu götürməməklə böyük səhv etdi”
02.03.2011 - 12:20
“Rəşad Sadıqovun keçən il “Alaniya” variantı ortaya çıxanda, mənimlə məsləhətləşdi. Ona getməməyi məsləhət gördüm. Əgər Vladiqafqazda normal komanda olsaydı, başqa məsələ. Ancaq həmin vaxt “Alaniya” nə gündə idi?” Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Kazbek Tuayev deyib.
Hazırda ən yaxşı futbolçumuz olan Rəşad Sadıqovun bu səviyyəyə çatmasında təcrübəli mütəxəssisin rolu danılmazdır. “Turan”ı çalışdırdığı vaxtda rəhbərliyi altında oynadığı Rəşadı sonradan özü ilə birgə “Neftçi”yə gətirən Tuayev onunla milli komandamızda da birgə çalışdı.
Tuayev hesab edir ki, “Alaniya”nın vəziyyəti indi yaxşı olmalıdır. O, fikrini Premyer Liqada yerini itirərək, I diviziona düşən Vladiqafqaz təmsilçisinə yaxşı tanıdığı Valeri Qazzayev kimi təcrübəli mütəxəssisin prezident təyin olunması ilə əsaslandırıb: “Qazzayev oğlunu baş məşqçi gətirdi. Həmyerlimiz Vladimir Mixaylevskinin vitse-prezident təyinatına sevindim. O, yaxşı futbolçu olub, təşkilatçıdır, işini bilir. Artıq bilirəm ki, “Alaniya”da normal vəziyyət olmalıdır. Keçən il isə bu komanda... Hər şeyin normal olması üçün planlı iş görmək lazımdır. Qazzayev hər şeyi yenidən qurdu. Bir il keçəndən sonra “Alaniya”ya getmək olar. Yoxsa ötən il Rəşadın getməsinin düzgün olmamağı müzakirə mövzusu deyildi”.
71 yaşlı mütəxəssisin fikrincə, xaricdə ən yaxşı təmsilçimiz məhz Rəşad olub: “Onun Türkiyədə oynaması çox yaxşı oldu. Yeganə futbolçumuzdur ki, ölkəmizi xaricdə həqiqətən də layiqincə təmsil edib və ona məmnuniyyətlə azarkeşlik etmişik. Təsadüfi deyil ki, mən heç vaxt pərəstişkarı olmadığım “Əskişəhərspor”a məhz Sadıqovun gəlişindən sonra azarkeşlik etdim. Çünki orada yetirməmiz oynayırdı. Futbolçularımızın xaricdə oynamasına sevinmişəm. Ancaq yalnız Rəşad sözün əsl mənasında özünü göstərib, qalanları sıfırdır”.
Tuayevin sözlərinə görə, indiyədək hansısa futbolçunu kiməsə məsləhət görməyib: “Niyə bunu etməliyəm ki? Əgər “Alaniya”nın hansısa futbolçumuza marağı olarsa, bura gələcəklər, məndən soruşacaqlar. Mən də lazımı məlumatları toplayıb, onların diqqətinə çatdıracağam. Mən heç vaxt futbolçunu komandaya sırımıram. Bilirsiniz, bu işlərlə pul qazanan fırıldaqçılar məşğul olur”.
Tuayev Rəşadı hələ 2004-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” – MOİK (Rusiya) oyunundan sonra Qazzayevə tövsiyə etmişdi. Ancaq rusiyalı mütəxəssis müdafiənin mərkəzinə yeni gətirdiyi Sergey İqnaşeviçə görə Sadıqovdan imtina etmişdi: “Hesab edirəm ki, Qazzayev Rəşadı vaxtilə MOİK-ə götürməməklə, böyük səhv etdi. Mən həmişə bunu ona demişəm. Qazzayevin indi səhvini düzəldib, Rəşad götürməsinə gəlincə, bu, artıq mənə aid məsələ deyil. Birincisi, Rəşadın razılığı lazımdır, ora getmək istəyir, ya yox. İkincisi, “Alaniya”ya həmin mövqeyə futbolçu lazımdır? Bilirsiniz, burada çoxlu aydınlaşdırılası məsələlər var və mən hətta buna qarışmaq belə istəmirəm. Fikrimcə, bu məsələ artıq qapanıb”.
Mehman SÜLEYMANOV

0
0