AZAL-dan təqdimat mərasimi
02.03.2011 - 12:33
AZAL-dan təqdimat mərasimi
AZAL klubunun Şüvəlan qəsəbəsindəki stadionuna sertifikat verilməsi ilə bağlı tədbir keçiriləcək. Apasport.az saytının məlumatına görə, hazırda Bakıda olan FİFA nümayəndələri arenanı layiq bildikləri 2 ulduz almasını təsdiqləyən sənədi sabah klub rəhbərliyinə təqdim edəcək.

“Airport” otelində təşkil ediləcək tədbirdə stadionu inşa edən Hollandiyanın “Edelqras” şirkətinin nümayəndələri də iştirak edəcək. Saat 12:00-da başlanacaq təqdimat mərasiminin ardından FİFA və şirkət nümayəndələri mətbuat işçilərinin suallarına cavab verəcək.