Azərbaycan çempionatının 10-cusu futboldan gedir
02.03.2011 - 12:45
Azərbaycan çempionatının 10-cusu futboldan gedir
Azərbaycan kubokunun sabah keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunu Kamal Quliyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 1 ilə yaxındır futboldan kənarda qalan 35 yaşlı yarımmüdafiəçi rəsmən idmanla vidalaşacaq.

1/4 final mərhələsinin ilk oyunundan əvvəl paytaxt təmsilçisi sabiq futbolçusu üçün vida mərasimi təşkil edəcək.

"Neftçi" rəhbərliyinin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə yenidən “ağ-qara” formada mərkəzi arenann meydançasına daxil olacaq futbolçuya xatirə hədiyyələri təqdim ediləcək. "Neftçi"-"Xəzər Lənkəran" qarşılaşmasından öncə topa ilk zərbəni məhz Quliyev vuracaq.

Qeyd edək ki, Sumqayıt futbol məktəbinin yetirməsi Azərbaycan çempionatlarında 302 oyun keçirib. Bu göstəricidə ölkəmizin 10-cu futbolçusudur. “Neftçi”nin heyətində isə ümumilikdə 135 qarşılaşmada iştirak edən Quliyev vidalaşma mərasimindəki rəqib – “Xəzər Lənkəran”ın da formasını geyib. Kamal karyerası ərzində 47 dəfə milli komandada oynayıb.