Ölkə çempionunda maliyyə problemi: Sayta pul yoxdur!
02.03.2011 - 13:27
Rusiyanın “Zenit” klubunun rəsmi internet saytı bağlanıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisinin orqanı olan bu mənbənin fəaliyyəti server tərəfindən dondurulub.
Maraqlıdır ki, bunun səbəbi ölkə çempionunun saytın domeni üçün para ödəməməyidir. Saytı bağlayan server rəhbərliyi ora elan da yerləşdirib: “Tərəfdaşınıza müraciət edib domenin qeydiyyatı müddətini artırın. Əgər sayt rəhbərliyi bunu etməsə, bu domen boşalacaq”.
Qeyd edək ki, 1 domenin təkrar satışa çıxarılacağı halda, qiyməti təxminən 101 ABŞ dolları olacaq.

0
0