Çempionlar müəyyənləşdi: “Neftçi” və “Qarabağ”
02.03.2011 - 13:49
Azərbaycan Premyer Liqasında ən yaxşı paytaxt və əyalət təmsilçiləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 12 komandanı “Bakı” və “Paytaxtdan kənar” qruplarına bölsək, “Neftçi” və “Qarabağ” çempion olar.
Paytaxtın 5 komandasının mübarizəsində 20 oyun keçirilib. Bu matçlarda ən yaxşı müdafiəsi olduğunu göstərən “Neftçi” xal hesabında da hamını qabaqlayıb. Növbəti pillələri “İnter”lə AZAL tutur. Aşkar autsayder olan MOİK kimi, “Bakı” da ilk “üçlük”dən kənar qalıb.
Bir sözlə, bakılılar ümumi turnir cədvəlində qərarlaşdıqları ardıcıllıqla yerləşiblər.
Qeyri-rəsmi əyalət birinciliyində isə “Qarabağ” hamıdan öndədir. Ağdamlılar Azərbaycan çempionatında geri olduqları “Xəzər Lənkəran”ı arxada qoyub. Bu, cənubluların əsasən paytaxt klublarına qənim kəsilməsi, bölgə komandaları ilə görüşlərdə xal itirməsi ilə bağlıdır. 3-cü olan “Qəbələ” və digərlərinə gəlincə, onlar da Premyer Liqadakı ardıcıllığı pozmayıb.

1. | Neftçi | 8 | 5 | 2 | 1 | 11 - 3 | 17 |
2. | İnter | 8 | 4 | 2 | 2 | 10 - 10 | 14 |
3. | AZAL | 8 | 3 | 4 | 1 | 12 - 5 | 13 |
4. | Bakı | 8 | 3 | 1 | 4 | 11 - 9 | 10 |
5. | MOİK | 8 | 0 | 1 | 7 | 2 - 19 | 1 |
Qeyri-rəsmi əyalət birinciliyində isə “Qarabağ” hamıdan öndədir. Ağdamlılar Azərbaycan çempionatında geri olduqları “Xəzər Lənkəran”ı arxada qoyub. Bu, cənubluların əsasən paytaxt klublarına qənim kəsilməsi, bölgə komandaları ilə görüşlərdə xal itirməsi ilə bağlıdır. 3-cü olan “Qəbələ” və digərlərinə gəlincə, onlar da Premyer Liqadakı ardıcıllığı pozmayıb.
1. | Qarabağ | 12 | 9 | 1 | 2 | 22 - 7 | 28 |
2. | Xəzər Lənkəran | 12 | 8 | 1 | 3 | 14 - 8 | 25 |
3. | Qəbələ | 12 | 7 | 2 | 3 | 13 - 6 | 23 |
4. | Muğan | 12 | 3 | 5 | 4 | 5 - 11 | 14 |
5. | Gəncə | 12 | 2 | 6 | 4 | 11 - 11 | 12 |
6. | Turan | 12 | 1 | 5 | 6 | 9 - 18 | 8 |
7. | Simurq | 12 | 0 | 4 | 8 | 6 - 19 | 4 |
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0