“Bakı” bəyənmədi, Bundesliqada xilaskar sayılır
02.03.2011 - 16:51
“Bakı” klubunun sabiq baş məşqçisi Vinfred Şafer karyerası vətəni Almaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, II Bundesliqada uğursuz çıxış edən “Karlsrue” təcrübəli mütəxəssisin xidmətində maraqlıdır.
Artıq Uve Rapolderi istefaya göndərən karlsruelilər bir vaxtlar komandanı zirvələrə - əvvəl Bundesliqa, sonra avrokuboklara daşıyan Şaferə xilaskar gözüylə baxırlar. Lakin namizədlər siyahısında tək olmayan təcrübəli çalışdırıcı ilə başlayan danışıqların müsbət nəticələnməməsi ehtimalı da istisna deyil.
Qeyd edək ki, ötən ilin yayında “Bakı”nın baş məşqçisi təyin olunan Şafer uğursuz nəticələr üzündən qışda postundan ayrılmalı olub.

0
0