Premyer Liqanın əvəzolunmaz futbolçuları
03.03.2011 - 00:05
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsində yalnız 3 futbolçu əvəzolunmaz olub. Apasport.az saytının hesablamalarına görə, baş tutan XXII tur ərzində bütün matçlarda əvəzolunmadan meydanda olan hər 3 oyunçu ikinci “altılıq” komandalarında çıxış edir.
Belə ki, “Qəbələ” və “Turan”ın qapıçıları Pavel Doroşevlə Kamal Bayramov, həmçinin “Simurq”un futbolçusu Elvin Yunusov mövsüm ərzində 1980 dəqiqə meydanda olub. Bu isə o deməkdir ki, ilk “altılıq”da əvəzolunmaz oyunçu yoxdur.
Mükafatlara iddia edən 6 komandanın heyətində isə ən çox meydanda olan Robert Petrovdur. AZAL-ın bolqarıstanlı legioneri 22 oyun ərzində 1934 dəqiqə meydanda olub. Makedoniya millisinin üzvü olmuş, lakin Bolqarıstanda yaşayan futbolçu ümumi siyahıda 5-cidir.

0
0