Naci Şensoy: AZAL futbol oynamadan qələbə qazandı
02.03.2011 - 18:42
Naci Şensoy: AZAL futbol oynamadan qələbə qazandı
“Rəqib heç də asan qələbə qazanmadı. Komandalar arasındakı fərqi görmək üçün turnir cədvəlinə baxmaq kifayətdir. AZAL-ın 36, bizim isə 15 xalımız var. Arada 21 xal hər şeyi ortaya qoyur”. Apasport.az saytının xəbərinə görə, bunu “Turan”ın baş məşqçisi Naci Şensoy deyib.

Qərb təmsilçisi bu gün Azərbaycan kubokunun ilk 1/4 final oyununda AZAL-a 0:2 hesabı ilə məğlub olub. Komandanın türkiyəli çalışdırıcısı oyun sonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “Qarabağ”ı kubokdan “Turan” yox, “Qarabağ” özü-özünü kənarlaşdırmışdı. Bizim futbolçular təcrübəsizdilər. Onlara 12 yaşında öyrənməli olduqlarını indi öyrədirik. AZAL isə qol epizodu yaratmadan, futbol oynamadan qələbə qazandı. Belə bəsit qollar buraxmaq olmaz. Bizim ilk yarıda 2 real qol şansımız oldu. İkinci hissədə də şansımız olsa da, yararlana bilmədik”.
0