“Araz Abdullayev “Everton”un əsas komandası ilə məşq etməyib”
04.03.2011 - 00:05
“Komandamızın baş məşqçisi Devid Moyes Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev haqda danışmır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Everton” klubunun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Darren Qriffits deyib.
Liverpul təmsilçisinin televiziya kanalında şərhçilik edən britaniyalı millimizin üzvü Araz Abdullayevin İngiltərə səfəri haqda açıqlama verib. O, baş məşqçi Devid Moyesin futbolçumuz haqqında danışa bilməməyinin səbəbini də izah edib: “Araza Böyük Britaniyada çalışmasına icazə verilmədiyindən, ölkəmizdə futbol oynaya bilmir. Abdullayev yalnız “Everton”un gənclərdən ibarət komandası ilə məşq edib”.
Qeyd edək ki, ingilislərin “Neftçi”yə icarəyə verdiyi yarımmüdafiəçi ötən ay “Everton”un düşərgəsində məşq keçib.

0
0