Futbol üzrə dünya çempionatı Türkiyədə keçiriləcək
03.03.2011 - 19:15
20 yaşadək futbolçular arasında dünya çempionatı Türkiyədə keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİFA İcraiyyə Komitəsinin İsveçrənin Sürix şəhərində keçirilmiş toplantısında 2013-cü ildə mundialın qonşu ölkədə keçirilməsi barədə qərar qəbul olunub.
Türkiyə səsvermənin son mərhələsində Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərini geridə qoyub. Oyunların 10 şəhərin 13 stadionunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, iyunda keçiriləcək final mərhələsində 24 ölkə qüvvəsini sınayacaq

0
0