Elnur Abdullayev: Belə şeylər Azərbaycan futbolunu yıxacaq
04.03.2011 - 00:03
“Ağır oyun oldu. Əsas üstünlük bizim tərəfimizdə idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. “Erkən final” adlandırılan görüşdə “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşıb. Ölkənin bir nömrəli arenasında baş tutan qarşılaşmada qonaqlar qələbə qazandı. Mirça Rednikin komandası səfərdə əzəli rəqibini 4:3 hesabı ilə məğlub edərək, cavab oyunu üçün böyük üstünlük qazanıb. Ancaq buna baxmayaraq, cənub klubunun futbolçusu FİFA referisi Anar Salmanovun idarəçiliyindən narazı qalıb.
Abdullayev gənc referinin oyunu “Neftçi”nin xeyrinə idarə etdiyini bildirib: “Hakimin oyunu “Neftçi”nin xeyrinə idarə etdiyini hamı gördü. Bu cür hakimliyin olması ayıbdır. Hakim bu cür gözəl oyunu sındırdı. İkinci hissədə hakimin gözü qarşısında məni yıxdılar, oyunu davam etdirdi. Həmin hücumun davamında qapımıza qol vuruldu. Bu gün futbolumuzda belə halların baş verməsi ayıbdır. Kim güclüdürsə, qoyun, o da qalib gəlsin. Belə şeylər Azərbaycan futbolunu yıxacaq”.
Cavab qarşılaşması ilə bağlı fikirlərini bölüşən “Xəzər Lənkəran”ın üzvü üstünlüyün özlərində olduğunu qeyd edib: “Hakimin bu cür idarəçiliyinə baxmayaraq, üstünlük bizim tərəfimizdədir. Səfərdə 4:3 hesablı qələbə qazanmaq kubok oyunu üçün böyük əhəmiyyət kəsb edir”.

0
0