Berti Foqts: Mən bunu Azərbaycan futbolu üçün edirəm
04.03.2011 - 14:04
“Təlim-məşq toplanışı zamanı niyə “Qarabağ”ı düşünməliyəm? Biz beynəlxalq rəsmi oyuna çıxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Martın 29-da Belçika ilə qarşılaşacaq milli komandamız təxminən 1 həftə əvvəldən təlim-məşq toplanışına yığışacaq.
Təbii ki, FİFA-nın qaydalarına əsasən, futbolçu rəsmi matçın nəzərdə tutulduğu tarixdən 4 gün əvvəl millinin düşərgəsində olmalıdır. Ancaq Foqts komandasını 10 gün əvvəldən bir araya gətirəcək və Almaniyada təlim-məşq toplanışı keçirəcək: “Bəli, FİFA-nın qaydasına görə, rəsmi oyundan 4 gün əvvəl komanda yığılmalıdır. Ancaq bu inkişaf etmiş ölkələrə aiddir. Biz bunu Azərbaycan futbolu üçün edirik. Əgər yığmanın oyunçusu millinin düşərgəsində keçirəcəyi bir oyuna görə, klubuna yorğun qayıdacaqsa, deməli hazır deyil”.

0
0