“Everton”un məşqçisi apasport.az saytına danışdı
04.03.2011 - 18:00
“Araz Abdullayev təlim-məşq toplanışımızda iştirak etdi. Bu bizə ona yaxından bələd olmaq imkanı verdi”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında İngiltərənin “Everton” klubunun məşqçisi Alan Stabbs deyib.
Liverpul təmsilçisinin əvəzedici heyətində baş məşqçi Endi Holdenin köməkçisi olan 40 yaşlı çalışdırıcı gənc futbolçuların hazırlığına əsas cavabdeh şəxslərdəndir. O, həm də klubun U-18 komandasına rəhbərlik edir.
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin “Everton”un əvəzedici komandasında 2 həftəlik hazırlığı dövründə məşqləri məhz Stabbs keçib. İngilis həmyerlimizi belə dəyərləndirib: “Araz açıq-aşkar yaxşı bir futbolçudur. Biz birgə çalışmaqdan məmnun qaldıq. O, həm də yaxşı oğlandır. Mənə elə gəlir ki, “Everton”da olmaq onun ürəyincə idi. Hərçənd, Abdullayevin Böyük Britaniyada çalışmağa icazə ilə bağlı məsələsi hələ də həll olunmayıb. Bu səbəbdən də biz onun nə dərəcədə rəqabətə davamlı olduğunu oyun zamanı görə bilmirik”.
Qeyd edək ki, karyerasını 2008-ci ildə bitirib “Everton”da məşqçiliyə başlayan Stabbs zəngin futbolçu karyerasına malikdir. 1990-96-cı illərdə “Bolton”, 1996-2001-ci illərdə “Seltik”, 2001-2005 və 2006-2008-ci illərdə “Everton”, 2005/06 mövsümündə “Sanderlend”də oynamış Stabbsın son klubu “Derbi” olub.
O, 2008-ci ildə qısa müddət şərəfini qoruduğu komandanın kapitanı olub. Mərkəz müdafiəçisi 1994-96-cı illərdə “Bolton”da da kapitan sarğısını daşıyıb.
Vüqar XEYRULLAYEV

0
0