Rövnəq Abdullayev: Narahat olmayın
04.03.2011 - 17:54
Rövnəq Abdullayev: Narahat olmayın
AFFA klublara kömək edəcək. Apasport.az saytının məlumatına görə, Nəqliyyat Nazirliyinin ötən il çıxardığı qərarla saat 01:00-dan 06:00-ya kimi sərnişin avtobuslarının gedişinə qadağasına əsasən əyalət klublarımızın Bakıya və əksinə səfərləri zamanı problem yaranır.

Bu məsələyə Tovuzun “Turan” klubunun icraçı-direktoru Rasim Əliyev AFFA-nın bu gün keçirdiyi növbəti Konfransında toxundu. Yəni AFFA məsələyə qarışaraq, klublarımızın belə yol problemləri ilə üzləşməsinin qarşısına ala bilər. AFFA prezidenti Rövnəq Abdullayev bununla əlaqədar baş katib Elxan Məmmədovla müraciət etməyi, klublarımızı narahat olmamağı tövsiyə etdi.

AZAL-ın prezidenti Vaqif Qasımov isə uşaqların yarışların zonalar üzrə keçirilməsi zamanı yol qət etməsi ilə bağlı çətinliyinə toxundu. Abdullayev bunda da çıxış yolunu gördü: “Gələcəkdə belə yarışları zonalar üzrə keçirməyəcəyik ki, uşaqlar çox yol qət etməsin”.