Tarixi qələbə AFFA-ya 136 min manat qazandırıb
04.03.2011 - 18:24
Tarixi qələbə AFFA-ya 136 min manat qazandırıb
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində ilk ev oyunu AFFA-nın qazancını artırıb. Apasport.az saytının məlumatına görə, yığmamızın ötən ilin oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə qalib gəldiyi rəsmi görüş tarixi qələbəmiz olmaqla yanaşı, böyük maliyyə vəsaitinin cəlb edilməsinə şərait yaradıb. AFFA-nın baş mühasibi Yusif Həmidov bugünkü Konfransda hesabatında məbləği açıqlayıb. Belə ki, Həmidov həmin oyundan AFFA-nın büdcəsinə 136 min manatdan çox vəsaitin daxil olduğunu bildirib.