AFFA yeni layihəyə başladı
04.03.2011 - 18:35
AFFA-nın bu gündən yeni – affatv.az layihəsinin tətbiqinə başlanıb. Apasport.az saytının məlumatına görə, bu layihə sayəsində milli komandaların ölkə daxilində və xaricdə keçirilən oyunlarını, AFFA-nın təşkil etdiyi müxtəlif tədbirləri canlı izləmək mümkün olacaq.
Bundan əlavə, Azərbaycan futbolunun tarixini, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatına hazırlıq işlərini əks etdirən videomateriallar affatv.az-da yerləşdiriləcək.
affatv.az-ın təqdimatı İcraiyyə Komitəsinin (İK) bugünkü iclasında keçirilib. İK-nın üzvləri affatv.az vasitəsilə AFFA-nın XVIII növbəti Konfransında nümayəndələrin qeydiyyat prosesini canlı izləyiblər.
affatv.az-a daxil olmaq üçün affa.az saytında xüsusi link yerləşdirilib. affatv.az-da hər hansı tədbir yayımlanmazdan əvvəl affa.az saytında bu barədə məlumat veriləcək və qeyd edilən linklə affatv.az-a daxil olmaqla yayımlanan tədbiri izləmək mümkün olacaq.

0
0