Yığmamızın sabiq futbolçusu Roberto Karlosla Ruud Qullitə qiymət verdi
05.03.2011 - 10:49
“Yəqin ki, Roberto Karlosu hər oğlan, hətta futbolla az da olsa maraqlanan balaca uşaq da tanıyır. Çoxları deyir ki, onun Rusiyaya gəlişi piar addımı idi. Ancaq fikrimcə, Karlos hələ formadadır və özünü göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sirxayev deyib.
Karyerasını bitirdikdən sonra Moskva “Lokomotiv”inin ikinci komandasında məşqçilik edən 37 yaşlı Sirxayev özündən 1 yaş böyük olan dünya şöhrətli braziliyalı Roberto Karlosun “Anji”yə keçidinə münasibət bildirib. O, uzun illər şərəfini qoruduğu, tanındığı Mahaçqala təmsilçisinin bu transferi reklama görə gerçəkləşdirmədiyini düşünür: “Karlos peşəkardır. O, oynayacaq və mütləq öz cərimə zərbələrindən bir neçəsini vuracaq. “Anji” braziliyalının yaşının çoxluğuna baxmayaraq, onu aldığına görə peşman olmayacaq”.
Narvik “Anji”dən sonra oynadığı Qroznının “Terek” klubunun baş məşqçi postuna məşhur hollandiyalı Ruud Qulliti gətirməsinin düzgün olması ilə bağlı tərəddüd edib: “Klub rəhbərliyi onun Qroznıda döyüşkən komanda yarada bilməsini düşünür. Hərçənd kollektiv əvvəl də belə idi. Deyə bilmərəm ki, Qullitin gətirilməsi düzgündür, ya yox. Əlbəttə, burda maliyyə tərəfi vacibdir. Ancaq Qullitə normal işləmək üçün bütün şərait yaradılıb. Ümid edirəm ki, o, ispaniyalı sələfi kimi etməyərək, müqavilə öhdəliklərini yerinə yetirəcək”.
Sirxayev yığmamızın digər sabiq futbolçusu, vaxtilə “Anji”də komanda yoldaşı olduğu Şamil Lahiyalovun qayıdışına sevinir: “Şamil “Terek”in liderlərindən idi. Bu, komanda üçün itkidir. Ancaq mən Lahiyalovu “Anji”də görəndə, o, yaxşı əhval-ruhiyyədə idi. Evinə qayıtdığına görə sevinirdi. İstənilən halda, mən “Anji” və “Terek”in azarkeşi kimi baş verənlərə şadam. Çempionat uzundur və keçmiş komandalardan kimin turnir cədvəlində yuxarıda olmasını zaman göstərəcək”.

0
0