Ramiz Məmmədov tarixi hadisəni reallaşdırır
05.03.2011 - 11:27
Sabah Azərbaycan futbolunda tarixi hadisə baş verəcək. Apasport.az saytının məlumatına görə, Qazaxıstan çempionatında azərbaycanlı baş məşqçi debüt edəcək.
“Qəbələ”ni 4 il çalışdırdığı dövrdən tanınan Ramiz Məmmədov yeni ilin ilk günlərindən sükanı arxasında olduğu “Atırau” klubunu ilk rəsmi oyuna çıxaracaq. Özü də bunun ölkənin ən güclü klublarından olan, son illərdə çempionluğu daha çox qazanan “Aktobe” ilə səfər oyununda olduğunu nəzərə alsaq, 43 yaşlı həmyerlimizi çox çətin sınaq gözləyir. Üstəlik, “Atırau” mövsümə cəmi 18 futbolçu sifariş etdiyindən, Məmmədov oyunçu sarıdan korluq çəkir.
Məmmədov “Atırau”ya köməkçiləri kimi Elxan Məmmədovla Mehman Baxışovu apardığını nəzərə alsaq, digər məşqçilərimiz də debüt edəcəklər. Özü də onların hər üçü nəinki Qazaxıstanda, ümumiyyətlə, xaricdə məşqçi işləməyiblər.
Baxışovdan fərqli, Məmmədovla Abdullayev futbolçu karyeraları dövründə legioner həyatı yaşayıblar. Baş məşqçi İranda, köməkçisi isə Slovakiyada oynayıb. “Atırau” ilə Türkiyənin Antalya şəhərində 3 təlim-məşq toplanışı keçən Məmmədov “Aktobe”dən səfərdə xal alarsa, özünə diqqəti artırmış olacaq.
Qeyd edək ki, “Aktobe” – “Atırau” oyunu yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə saat 15:00-da) başlayacaq.

0
0