“Elə bildim ki, qapını döyən xuliqanlardır”
06.03.2011 - 00:01
AZAL klubunun müdafiəçisi Usim Ndukanın apasport.az saytına müsahibəsi
- Artıq 7 ildir karyeranızı ölkəmizdə davam etdirirsiniz. Bu qədər qalmağınızı nə ilə izah edərdiniz?
- Əslində, karyeramı Avropada davam etdirmək istəyirdim. Bunun üçün imkanım oldu. Sadəcə, təklif alan vaxt AZAL-la müqaviləmin başa çatmasına iki il var idi. Bu səbəbdən gedə bilmədim. Ancaq bu dəfə analoji halla üzləşsəm, mütləq Avropaya üz tutacam. Çünki AZAL-la müqaviləmin başa çatmasına 3 ay qalıb. Uzun müddət burda qalmağıma gəlincə, Azərbaycan xoşuma gəlir. Futbol sahəsində hər şey qaydasındadır. İnsanlarınız mehribandır. Həm də evləndiyim xanımın anası azərbaycanlıdır. Çoxdandır burdayam deyə, klub rəhbərliyi ilə, eləcə də komanda yoldaşlarımla münasibətlərim yaxşıdır.
- Maraqlıdır ki, ancaq bir komandanın formasını geyinmisiniz. Həyatda da belə sədaqətlisiniz?
- Hər şey məni qane etdiyindən, komandamı dəyişməyi lazım bilməmişəm. Həyatda da nəyisə tez-tez dəyişməyi xoşlamıram. Məni sədaqətli insan adlandırmaq olar.
- Bəs xanımınızla necə tanış olmusunuz?
- Onunla Nigeriyada tanış olmuşam. Sonradan öyrəndim ki, anası azərbaycanlıdır. Özü də burda yaşayır, Bakıda doğulub. Artıq 3 ildir ailə həyatı qurmuşuq. Oğlum 1 yaşındadır.
- Vətəndən kənarda bu qədər çox yaşamaq çətin deyil?
- Bu, mənim işimdir. Karyeramı AZAL-da davam etdirdiyimdən, burda qalmağa da məcburam. Düzdür, darıxıram. Nə vaxt imkan tapanda, təbii ki, vətənimə baş çəkirəm.
- Adət-ənənələrimizlə tanış olmusunuzmu?
- Çoxunu bilirəm. Uzun müddətdir burdayam, futbol oynayıram, qayda-qanunlara uyğunlaşmışam.
- Xanımınız azərbaycanlıdır. Buna görə yəqin evdə Azərbaycan mətbəxi hakim olar?
- Baxır, nə hazırlanacaq. Biz qaynanamgildən ayrı yaşayırıq. Öz evimizdə olanda Nigeriya mətbəxinin məhsullarına müraciət edirik. Ancaq qaynanamgilə gedəndə, təbii ki, sizin yeməkləri dadırıq. Yəni, hər iki ölkənin yeməklərindən istifadə edirik. Çalışırıq ac qalmayaq.
- Milli yeməklərimizdən hansını bəyənirsiniz?
- Kababı çox xoşlayıram. Həm də sizin yeməklər çox yağlı, eyni zamanda dadlıdır.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Əsasən qaynanama baş çəkirəm. O, tək yaşayır. Həm də mənə qarşı mehribandır. Bunun qarşılığı olaraq, mən də ona öz hörmətimi göstərirəm. Bəzən yoldaşımla birgə restorana gedir, dincəlirik.
- Şəhərimizdə bəyəndiyiniz yerlər hansılardır?
- Bakının çox yerində yaşamışam. Ona görə də, şəhəri demək olar, yaxşı tanıyıram. Özüm hazırda “Gənclik” metrosu tərəfdə yaşayıram. Müasir və inkişaf etməkdə olan şəhəriniz var. Bakı çox xoşuma gəlir.
- Yəqin ki, Afrika və yaxın Şərqdə baş verən üsyanlardan xəbəriniz var...
- Misirdə, Liviyada baş verənlərdən xəbərim var. Ancaq Nigeriyada vəziyyət fərqlidir. Bizdə prezidenti xalq seçir. Əgər onun idarəçiliyi əhalini qane etməsə, növbəti seçkilərdə ona səs vermir. Ancaq Afrikanın şimal hissəsində yerləşən ölkələrdə rəhbərlər 20-25 il hakimiyyətdə olurlar. Ona görə də belə problemlər yaranır. Lakin Nigeriyada belə şeylər olmur.
- AZAL-dakı qazancınız necə, sizi qane edirmi?
- Əslində, kifayət eləmir. Daha çox qazanmaq istəyirəm. Həm də söhbət yalnız puldan getmir. Mən həm də məşhur futbolçu olmaq istəyirəm. Ona görə də daha inkişaf etmiş ölkəyə yollanmağı düşünürəm.
- Hansı məşhur futbolçuya bənzəmək istəyirsiniz?
- Bənzəmək deyəndə, Didye Droqbanı bəyənirəm və onun kimi tanınmış futbolçu olmaq istəyirəm.
- Adətən afrikalı futbolçuların əksəriyyəti özləri ilə yanaşı, qazanclarını bir neçə ailəni dolandırmaq üçün xərcləyirlər. Siz necə, qazancınızı yalnız özünüzə xərcləyirsiniz?
- İnsandan insana fərq var. Sən heç nə etməsən, kimsə kömək eləməyəcək. Biz də bacımıza, qardaşımıza kömək edirik. Ancaq onlara yemək pulu vermirik. Hanısasa biri iş qurmaq və ya maşın almaq istəyirsə, ona kömək edirik.
- Xüsusilə də afrikalı futbolçular bəzi ölkələrdə problemlə qarşılaşırlar. Tez-tez hücumlara məruz qalırlar. Bakıda belə halla rastlaşmısınız?
- Sankt-Peterburqda il yarım oynamışam. Bunun nə demək olduğunu yaxşı bilirəm. Küçədə heç vaxt tək gəzə bilməzsən. Ancaq Bakıda tam əksinədir. Evə tək gedib-gəlirəm. Heç vaxt da problemlə qarşılaşmıram.
- Dil problemini necə həll edirsiniz?
- Azərbaycan dilində deyilənləri başa düşürəm. Ancaq danışa bilmirəm. Bir az rus dilində bilirəm. Yəni burda dil problemim olmayıb.
- İnkişaf etmiş ölkələrdə futbolçulara avtomobillər ayırırlar. Bəs burda nəqliyyat məsələsini necə yoluna qoyursunuz?
- Sürücülük vəsiqəm olmadığına görə, özüm avtomobil idarə edə bilmirəm. Həyat yoldaşım məni gəzdirir. Mənim avtomobilimi o idarə edir.
- İndi Novruz bayramı ərəfəsindəyik. Bu bayram haqda nə bilirsiniz?
- Bununla bağlı bir əhvalat danışım. Təzə gələn vaxt qapını döydülər, açdım heç kəs yox idi. Bu bir neçə dəfə təkrarlandı. Fikirləşdim ki, xuliqanlardır. Sonra dostuma zəng vurdum, o, adətlərlə bağlı mənə bəzi şeyləri başa saldı və qapıya qoyulan papağa nəsə atmağı məsləhət bildi. Sonradan öyrəşdim.
- Özünüz papaq atmısınızmı?
- Xeyr, amma növbəti çərşənbə axşamında mütləq papaq atacam. Özü də qaynanamgilin evinin qarşına.

0
0