“Qarabağ” – “OİK-Enerji” oyununun vaxtı müəyyənləşib
05.03.2011 - 14:07
“Qarabağ”ın Türkiyədəki yoxlama oyununun vaxtı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rusiyanın I divizion təmsilçisi olan Xabarovskun “OİK-Enerji” klubu ilə sabahkı görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyun “Qarabağ”ın məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında keçiriləcək. Ağdamlılar “OİK-Enerji” ilə oyunun ertəsi hazırlığını bitirərək, vətənə qayıdacaq.
0
0