Arda Turan “Çelsi”yə transfer olunub!
05.03.2011 - 15:34
“Qalatasaray” klubunun kapitanı Arda Turanın oynamamağının əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının da liderlərindən olan 24 yaşlı yarımmüdafiəçisinin zədə üzündən yaşıl meydandan kənarda qalmasının sadəcə, bəhanə olduğu deyilir. Ardanı Almaniyada əməliyyat edən həkim Muşavek onun hələ oynamamağının imkansız olması haqda açıqlaması böyük əks-səda doğurub: “Turanın ya başqa zədəsi, ya da psixoloji problemi var. Mən onu müayinə etdiyim zamanı heç bir problem ortaya çıxmamışdı. Maykl Ouen eyni əməliyyat olundu, 9 gün sonra qol vurdu”.
Deyilənə görə, Arda özünü yeni mövsümə qoruduğu üçün bilərəkdən oynamır. Belə ki, “Qalatasaray” onun “Çelsi”yə keçidi ilə bağlı hər mövzuda anlaşaraq, satıb. Turanın yeni zədə ilə üzləşməməyinə tədbir olaraq oynadılmır və mövsümün sonunda London klubuna yola salınacaq. Ardanın meneceri Əhməd Bulut İngiltərə klubunun gənc ulduz futbolçu ilə maraqlanması haqda açıqlama verib.

0
0