Muşat “Xəzər Lənkəran”da 124-cü oldu
05.03.2011 - 16:11
“Neftçi” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Xəzər Lənkəran”da daha bir futbolçunun debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, rumıniyalı Nikolae Muşat ilk dəfə “ağ-yaşıl” formada meydana çıxmaqla, adını klubunun tarixinə yazdırıb. “Neftçi” ilə oyunadək 123 oyunçuya “Xəzər Lənkəran”ın tarixinə düşmək nəsib olmuşdu. Muşat bu rəqəmi 124-ə çatdırıb
Bu il ilk 4 oyunda cənub təmsilçisində debütantların ümumi sayın 11 olub. Belə ki, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu Kiaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka, İbrahima Banqura və Kosmin Fransinesku “Neftçi” ilə matçadək artıq debüt etmişdilər.
Nikolaenin legioner olması “Xəzər Lənkəran”ın 7 illik tarixindəki legionerlərin sayını 73-ə çatdırıb. O, Rumıniyanın komandamızdakı 16-cı futbolçusudur ki, bu göstəricidə həmin ölkə aşkar liderdir. İndiyədək 27 ölkədən olan futbolçular “Xəzər Lənkəran” forması geyinib: Rumıniya – 16, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya – hərəsi 1.
Mənbə: lankaranfc.com

0
0