Bombardirdən qol hesabını açanlara kimi
05.03.2011 - 16:43
Bombardirdən qol hesabını açanlara kimi
“Xəzər Lənkəran”ın Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda 4 futbolçusu rəqib qapısına yol tapıb. Apasport.az saytının məlumatına görə, hərəyə 1 qol vuran lənkəranlı futbolçulardan 3-ü ilk dəfə buna nail olub. Manuel Skarlatake 36-cı, Julius Vobay 45+2-ci, Andrei Mureşan isə 61-ci dəqiqədə “Xəzər Lənkəran”da qol hesabını açıb. Yalnız oyunda hesabı açan kosta-rikalı hücumçu Uinston Parks əvvəl buna nail olaraq, “Xəzər Lənkəran”ın cari mövsümdə bombardiridir.

Qeyd edək ki, bunadək 61 futbolçu cənub təmsilçisinin qollarına imza atmışdı. Daha 3 qolçunun həmin siyahıya əlavə olunması nəticəsində bu rəqəm 64-ə çatıb.